David ulduzu

David ulduzu

"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד‏, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur.

Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub.

Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır. Onlar altıguşəli ulduzu Süleyman peyğəmbərin möhürü kimi deyil, Qədim Misirin bütpərəst sivilizasiyasının rəmzi kimi qəbul edirlər. "Memar Sinan" dərgisində çap olunan "Ayinlərimizdəki alleqoriya və rəmzlər" adlı bir məqalədə həmin məsələ belə açıqlanır:

"Bərabərtərəfli üçbucaq üç nöqtəni eyni uzaqlıqlarda saxlayaraq, bu dəyərlərin bərabər olduğuna işarə edir. Masonluğun qəbul etdiyi və "Davudun ulduzu" kimi tanınan iç-içə keçmiş iki bərabərtərəfli üçbucaq, yəni heksoqram bu gün yəhudilərin simvolu kimi qəbul edilir və Israilin bayrağında yer alır, Amma əslində bu simvolların başlanğıcı Qədim Misirdir. Həmin emblem ilk dəfə Tampliyer cəngavərlərinin tikdirdikləri kilsələrdə xüsusi məna daşıyan divar bəzəyi kimi işlədilib. Tampliyerlərə divan tutulandan sonra bu emblem ilk dəfə sinaqoqlarda işlədildi, Amma masonluqda biz, şübhəsiz ki, onu Qədim Misirdə daşıdığı mənasında qəbul edirik. Bu mənada da iki vacib qüvvəni bir-birinə birləşdiririk. Həmin iki bərabərtərəfli üçbucağın alt və üst tabanlarını silsəniz, qarşınızda çox yaxşı tanıdığınız bir səhləb çiçəyi simvolu görərsiniz".

Yəhudi inancının ayrılmaz bir simvolu olan bu simvol İsrail xalqının dini və tarixi keçmişində oynadığı rollara görə, Sion ulduzu ya da Davudun ulduzu olaraq adlandırılmışdır. Əfsanəyə görə, "Goliat" adlı nəhəngə qarşı döyüşərkən, kiçik Davidi (Davudu) qoruyan qalxanın üzərində altıbucaqlı bir simvol vardı. Bu simvol bəlkə də şəklini David adının İvritcədə ki yazılışına borcludur. David ivrit dilində üç hərflə: "Dalet-vav — Dalet" hərfləriylə yazılır. Çox köhnə İvrit əlifbasında isə Dalet hərfi Yunan əlifbasındakı "Delta" ya bənzəyən kiçik bir üçbucaq şəklində yazılırdı. İki "Dalet" in birləşməsi, yəni iki üçbucağın altıbucaqlı bir ulduz şəklində çəkilməsi Kral Davidin adını təmsil edirdi. Bu şəklin Kral Davidin monogramı olması məntiqli bir fərziyyədir.

Altıbucaqlı ulduzun ilk dəfə "David Ulduzu" olaraq adlandırılmasına dair yazılı nümunə XIII əsrdə Kabalist Yosef Gikatillanın əsərlərində rast gəlinir. İlk İvrit kitabı Praqada 1512-ci ildə basılan "Səfər Tefirot" dur. Bu kitabın qapağında böyük "Davud Ulduzu" təsvir edilib. Magen David Yəhudilik simvolu olaraq ilk dəfə Praqa Yəhudi Camaatı tərəfindən istifadə edilmiş və bu camaatın xüsusi və rəsmi simvolu olaraq qəbul edilmişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne